Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Özbəkistanın paytaxtı Daşkənddə ilk dəfə təşkil edilən beynəlxalq turnirə qatılan yığmamızın son məşqində zədələnən Seymur Məmmədov heyətdən çıxarılıb.
Onun əvəzinə heyətə “Fənərbaxça” komandasının üzvü Vitali Borisov dəvət olunub.
Qeyd edək ki, bu gün start götürəcək turnirdə millimizin ilk rəqibi Qazaxıstan olacaq. Oyun Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.