banner
banner

Sosİal

Şeyxdən zəncir xəbərdarlığı: "Belə etməyin..."

Şeyxdən zəncir xəbərdarlığı:
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sabahki Aşura günü ilə bağlı dindarlara müraciət edib.
QMİ-dən virtualaz.org saytına verilən məlumata görə, Aşura günü nizam-intizamın təmin edilməsi üçün lazımı addımlar atılacaq.
“Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir”, - deyə qeyd edilib.
Qeyd edək ki, QMİ rəhbəri Allahşükür Paşazadə də çıxışlarında Aşura günü cənzir vurmağın əleyhinə olduğunu bəyan edib: “Yəni zəncir vurmaq, qan çıxarmaq, küçələrə çıxıb, səs-küy salmaq olmaz. Çünki bu bizim şəriətə uyğun deyil”.
 
A.Paşazadə Azərbaycan xalqını Aşura günü keçiriləcək qanvermə aksiyasında qan verməyə dəvət edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.