Hollivud ulduzu Arnold Şvasneger Madriddə fəxri turizm səfiri təyin olunub.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, İspaniya hökuməti turizm sahəsindəki böhranı aradan qaldırmaq üçün aktyora müraciət edib. Onlar Arnolddan artıq öz aktuallığını itirmiş məşhur muzeylərə ziyarətçilər cəlb etməsini istəyiblər. Təkliflə razılaşan aktyor yaxın günlərdə işə başlayacaq.
Qeyd edək ki, Hollivud ulduzunun İspaniya ilə bağlı xoş xatirələri var. Belə ki, onun "Konan varvar" filmi məhz orada lentə alınıb. Bu ekran işi A.Şvasnegerə dünyada tanınmaq imkanı verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.