banner
banner

Sosİal

XƏBƏRDARLIQ: “Donuz əti və kolbasa xərçəngə yol açır”

XƏBƏRDARLIQ:
Ümumdünya Səhiyyə Təşkilatı hazır ət məhsullarından - kolbasa və donuz vetçinasından (sümüksüz ət və piy qarışığıının) istifadənin bağırsaq xərçəngi yaranmasına səbəb olduğunu açıqlayıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, həkimlər gündə 50 qram belə ətin xərçəngin yaranma riskini 18 faiz artırdığını müəyyənləşdirib.
Ümumdünya Səhiyyə Təşkilatı saxlanılma müddətinin uzadılması xatirinə müxtəlif maddələrin vurulduğu duzlu, konservləşdirilmiş, hisə verilmiş ətləri xüsusən təhlükəli sayıb.  Beynəlxalq səhiyyə qurumu belə ətlərə, onkoloji xəstəliyə səbəb olan alkoqol və plutoni ilə eyni təhlükəlilik dərəcəsi verəcək.  
“Ət məhsullarının istifadəsinə görə düz bağırsaq xərçənginin yaranma riski böyük deyil. Amma bu məhsullardan istifadə halları artdıqca, xəstəlik riski də artır”, – ÜST-nın rəsmisi Kurt Ştrayf deyib.
Ətin faydalı xüsusiyyətlərinin olduğunu da deyən həkimlər, bununla belə, qırmızı ətin bağırsaq və mədəaltı vəz xərçənginin yaranmasında rol oynadığını xatırladıblar.    
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.