banner
banner

Gündəm

Azərbaycan “Putin İttifaqı”na qoşula bilər - Bakıdan Kremlə daha bir mesaj

Azərbaycan “Putin İttifaqı”na qoşula bilər -
Rusiyanın bölgədə fəallaşması, hətta uzaq coğrafiyada - Yaxın Şərqdə, Suriyada Qərbə və Türkiyə az qala meydan oxumağa başlaması sözsüz ki, həm də yaxın hədəflərə hesablanıb. Söhbət öncəliklə Moskvanın Cənubi Qafqaz regionunda izlədiyi hədəflərdən gedir. 

Şimal qonşumuz sübhəsiz ki, Yaxın Şərq siyasətindəki uğurların “bar-bəhrəsi”ni ən əvvəl postsovet məkanında - Güney Qafqazda, Ukraynada götürmək istəyir. Bölgəmizdəki əsas hədəf dövlətlər isə Azərbaycan və Gürcüstandır. 
 
Bu iki ölkə arasında iqtisadi-siyasi əlaqələri zəiflətmək və onları təkləyib Rusiyanın geosiyasi çətiri altına qaytarmaq Kremlin çoxdankı arzusudur. Belə yazmaq mümkünsə, Rusiya hər iki ölkəyə qarmaq atmaqda davam edir. Təbii ki, Bakı da, Tiflis də bunun fərqindədir və daima preventiv addımlar barədə götür-qoy edirlər. Bu xüsusda prezident İlham Əliyevin noyabrda Gürcüstana gözlənilən səfəri yetərincə həssas bir dönəmə təsadüf edəcək və mühüm əhəmiyyət daşıyır. 
 
***
Konkret Azərbaycana gəlincə, ilk baxışda Bakı ilə Moskva arasında münasibətlər kənardan rəvan və problemsiz görünə bilər. Əslində isə əlaqələrdəki “sualtı daşlar” kifayət qədərdir və bu “daşlar” da əlbəttə ki, məhz Rusiyanın planları ilə əlaqədar, onun özü tərəfindən qoyulub. Rusiyanın proqnoza yatımlı ölkə olmadığını ciddiyə alan rəsmi Bakının bu mənada “sualtı daşlar”dan qorunmaq üçün önləyici addımlar atması anlaşılandır. 
 
İkitərəfli münasibətlərin rəvan olmadığını ən əvvəl ondan görmək olar ki, Moskva verdiyi vədlərə rəğmən, Dağlıq Qarabağ məsələsində hər hansı irəliləyişə yardımçı olmayıb. Bakının Avrasiya Birliyinə daxil olmaq üçün qoyduğu Qarabağ şərti - hansını ki, rəsmi Kremlin reallaşdırması çətin deyil - bu günədək ciddiyə alınmır.  
Yada salaq ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun dilindən iki dəfə Rusiyaya mesaj çatdırıb. Bu mesajlardan biri nazir Moskvada olarkən verilib. Azərbaycanın “Putin birliyi”nə qoşulmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran XİN başçısı bildirib ki, gələcəkdə hər şey ola bilər və “heç vaxt heç vaxt demə” məşhur kəlməsini xatırladıb. 

O zaman nazir Rusiya mediasına müsahibəsində Bakının məsələdə tərəddüdünü tam haqlı olaraq işğalçı Ermənistanla Azərbaycanın eyni ittifaqda təmsilçiliyinin mümkünsüzlüyü ilə izah etmiş və əlavə eləmişdi ki, əgər ermənilər Azərbaycan torpaqlarından çıxmağa başlasa, yeni situasiya yaranar və üzvlüklə bağlı münbit zəmin yaranar.
 
***
Hələ ki, top necə deyərlər, Rusiyanın (Ermənistanın) meydanındadır. Əfsuslar olsun ki, Moskva öz satellitinə Bakının əsas və haqlı şərti ilə bağlı təzyiq eləmək niyyətində görünmür. Bu da belə bir təhlükəli versiya üçün əsas yaradır ki, yəqin Rusiya Azərbaycanı heç bir güzəştsiz-filnsız “qazanmaq” niyyətindədir. 
 
Yaranmış vəziyyətdə əlbəttə ki, ən həssas mövqe Azərbaycanındır. Bakının Qərblə münasibətlərində yaşanan obyektiv problemlər nəzərə alınarsa, o zaman Rusiyadan ehtiyatlılıq üçün daha bir əsas ortaya çıxmış olar.  
Bu üzdən Qərblə əlaqələr sahmana salınmayınca, Azərbaycan hakimiyyətinin şimala ünvanlı preventiv gedişlərinin və “boylanmalarının” şahidi ola bilərik. Özü də vacib deyil ki, belə gediş-reveranslar mütləq Prezident Administrasiyasının səlahiyyətliləri tərəfindən edilsin.
***
“Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmaq imkanını istisna etmir”. Bu fikri Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova söyləyib. (Virtualaz.org). Onun sözlərinə görə, Azərbaycan ona fayda gətirəcək ittifaqlarda iştirak edə bilər. “Ancaq bunun üçün belə təşkilatlarda iştirakın bütün mənfi və müsbət tərəflərini təhlil etmək, ətraflı qiymətləndirmə aparmaq lazımdır”, - deyə nazir müavini jurnalistlərə açıqlamasında vurğulayıb.
 
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı Beynəlxalq Gömrük İttifaqı və vahid iqtisadi məkan bazasında yaradılan və cari ilin yanvar ayının 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Hazırda Avrasiya İqtisadi İttifaqının üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. 
 
Göründüyü kimi, qurumda Güney Qafqaz faktiki, təmsil olunmayıb. Çünki heç bir iqtisadi, geosiyasi çəkisi olmayan Ermənistan Rusiyanın faktiki, bir quberniyasıdır və üstəlik, onun Rusiya ilə quru əlaqəsi olmadığından “Putin ittifaqı” üçün hər hansı önəm daşımır. Azərbaycan isə... ayrı məsələ.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.