banner
banner

Gündəm

Etibar Əliyevin başına nələr gəlib?

Etibar Əliyevin başına nələr gəlib?
Ötən gün "Texnikabank"ın Müşahidə Şurasının rəhbəri vəzifəsinə qaytarılan Əliyev ANS TV-yə müsahibə verib.
E. Əliyev müsahibəsində başına gələnlər haqda danışıb. "6 mart 2012-ci il tarixində evdən çıxarkən heç bir əsas və səbəb olmadan ölkənin təhlükəsizlik xidmətləri tərəfindən məni MTN-ə dəvət etmişdilər. Oradan da 8 ay müddətində hər şeydən izaliyasiya olunmuşam", deyə Etibar Əliyev bildirib. "Bank rəhbərliyinə dəvət olunan o insanların bank sektorundan xəbərləri yoxdur. Onlar bir qrup insanların ətrafında birləşərək bankı bu vəziyyətə gətirib çıxarıblar. Təyin olunmuş rəhbərlər bir adama xidmət göstəriblər. Bu günləri həmin şəxsin adını çəkmək istəmirəm, çünki bu hər bir kəsə məlumdur", - deyə Etibar Əliyev bildirib. 
 
"Haqsızlıqlar barədə cənab prezidentimizə müraciət etmişəm. Ölkə başçısı dərhal müraciətə münasibət bildirmiş, müvafiq tapşırıqlarını verib və məni bu gün bu banka yenidən rəhbər olmağıma göstərişlərini verib".
 
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.