Hazırda Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu dəqiqələrdə Bakı-Sumqayıt şosesində (Sumqayıt istiqamətində), Ziya Bünyadov prospektində (hər iki istiqamətdə nisbi sıxlıq), Binəqədi şosesində, Koroğlu Rəhimov küçəsində (Prezident iqamətgahı istiqamətində), Hənifə Ələsgərov küçəsində, Tbilisi prospektində ("20 Yanvar" metro stansiyası istiqamətində, Nəqliyyat Nazirliyinin qarşısında), habelə Xətai prospektində (Təhsil Nazirliyinin qarşısında), İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısında) və Neftçilər prospektində (Qız Qalasının qarşısında) nəqliyyat vasitələrinin hərəkətində ləngimə qeydə alınıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.