Prodüser Tolikin səhhətində problem yaranıb. Axşam.az-a açıqlama verən prodüser Yessentukiyə müalicəyə gedəcəyini bildirib: “14 gün orada qalıb, müalicə alacam. Çox əsəbiləşirəm. Bu da ürəyimə təsir edir. O gün halım pisləşmişdi, xəstəxanalardan birinə müayinəyə getdim. Ürək döyüntüm dəqiqədə 126 idi. Canımın qədrini biləcəyəm. Kiminsə məni əsəbiləşdirməyinə imkan verməyəcəyəm. Çünki əsəbdən səhhətimdə problem yaranır. Həkim də əsəbiləşməyi qadağan etdi. Həmişə müğənnilərə əsəbiləşmişəm, ikiüzlülükləri qəbul etməmişəm. Bundan sonra heç kimə baş qoşmayacam. Hamısına xəbərdarlıq edirəm ki, mənə sataşmasınlar. Onsuz hansına yaxşılıq etsəm də, gedib arxada məni pisləyəcəklər”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.