Xalq artisi Məleykə Əsədova qızı Gülərdən danışıb. Aktrisa “Hər axşam” verilişində istirahət günlərini ona həsr etdiyini bildirib. “Həftə sonu istirahətimi həmişə ona ayırıram. Onu əyləncə mərkəzlərinə aparır, gəzdirirəm. Gülər tamaşalara tez-tez gedir. Maria Tüdoru oynayanda qızım evdə tacla gəzirdi. “Mənim günahım” əsərində balerina obrazındayam. İndi də qızım da gedib özünə balerina paltarı alıb, evdə onla dolaşır. Əvvəllər həkim olmaq istəyirdi. Sonra dedi ki, polis olacam. Fikrini tez-tez dəyişir. İndi deyir ki, “Hər gün bir şey istəyirəm: kraliça, həkim, müəllim, polis. Ən yaxşısı aktrisa olum”. Aktrisalar bir neçə insanın taleyini yaşayır. Onlarla incə davranmaq lazımdır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.