banner
banner

Sosİal

Azərbaycanda şok hadisə - Körpə tək qolla doğuldu

Azərbaycanda şok hadisə -

Azərbaycanda qeyri-adi doğum hadisəsi baş verib.

Körpəsini dünyaya gətirmək üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Günel Əliyevanın uşağı tək qollu doğulub. Körpənin nənəsi Rahilə Alıyeva doğulan uşağın bir qolunun dirsəkdən aşağı olmadığını deyib.

Bu, gənc – Araz və Günel Əliyev ailəsinin ikinci övladıdır. İlk uşaqda isə buna bənzər halla rastlaşmayıblar. Qaranlıq qalan bir məqam həm də iki qohum ailənin digər üzvlərində, eləcə də yaşlı nəsillərində də indiyəcən bu cür xəstəliyə rast gəlinməməsidir.

Qolunun birinin anadangəlmə olmamasına baxmayaraq, həkimlər körpənin ümumi vəziyyətini qənaətbəxş hesab edir. Elə ana da normaldır. Sadəcə baş verənlərin ağrısını yaşayır.

Bu cür xəstəliyin necə rast gəlinməsi isə nadir hal kimi qiymətləndirilir. Həkimlərin fikrincə, yeni doğulan uşaqlarda bu cür fiziki qüsurlar bir neçə amillərdən yarana bilər ki, onların da bəzisi irsi xəstlik və ya ananın antibiotik qəbul etməsi ilə bağlı ola bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.