Füzuli Rayon İcra Hakimiyyəti son günlər bəzi KİV-lərdə rayon və onun rəhbər işçiləri barədə dərc olunan yazılara aydınlıq gətirib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, yazılanlar heç bir fakta söykənməyən, əsasız, qərəzli, şərəf və ləyaqəti alçaldan, ictimaiyyət arasında çaşqınlıq yaradan, böhtan xarakterlidir.
Bildirilir ki, dərc etdirdiyi yazılarda qərəzli mövqe tutan, vətəndaşların şərəf və ləyaqətini alçaldan, rayonun vəzifəli şəxslərinin işgüzar nüfuzuna xələl gətirən, rayon haqqında şər-böhtan xarakterli materiallar dərc etdirən “Sonolay”.org, Olaytv.az və jam.az saytlarının hərəkətləri rayon əhalisinin ciddi narazılığına səbəb olub.
Füzuli rayonu cəbhə xəttində yerləşir və ərazisinin böyük bir hissəsi işğal altındadır. Yuxarıda adları göstərilən mətbuat orqanları prezident İlham Əliyevin 24 sentyabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamını kobud şəkildə pozaraq cəbhə bölgəsi olan Füzuli rayonu və onun rəhbər işçiləri barədə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaqla cəmiyyət arasında çaşqınlıq yaradır, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirən hərəkətlərə yol verir, “Dövlət sirri haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozurlar.
Özlərini cəmiyyətdə Kütləvi İnformasiya Vasitəsi kimi təsdiq edə bilməyən bu saytlar qeyri-ciddi, jurnalist peşəkarlığından uzaq və məkrli yollarla Füzuli rayonunun rəhbər işçilərinin ünvanına ləkə yaxmağa, görülən işlərə kölgə salmağa çalışırlar.
Təəssüf ki, mətbuatın ali məqsədini unudaraq heçə sayan, obyektivlik və peşəkarlıq prinsipindən uzaq olan bu saytlar dəfələrlə Mətbuat Şurasının “qara siyahı”sına daxil edilsələrdə görünür bundan nəticə çıxarmaq istəmirlər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.