banner
banner

İdman

"Qarabağ" üzərindəki qələbə komandada özünəinam yaradıb"

"Qarabağ" üzərindəki qələbə komandada özünəinam yaradıb"
"Monako"nun futbolçusu Fabinyo Fransa Liqasının 12-ci turunda qarşılaşacaqları "Anje" ilə oyunöncəsi fikirlərini bölüşüb.
Braziliyalı futbolçu son iki oyunda qazanılan qələbənin komandada özünəinam yaratdığını bildirib:
"Qarabağ" və "Reims"lə görüşlərdə qazanılan qələbə komandada özünəinam yaradıb. Biz belə də davam etməliyik. "Lion"la görüşün 70 dəqiqəsindəki kimi oynasaq, qarşıdakı matçları da qələbə ilə başa vurarıq. Komandada bunu bacaracaq futbolçular var. "Anje" ilə oyuna da qələbə üçün çıxacağıq".
 
Qeyd edək ki, noyabrın 1-də Fransa Liqasında "Anje" ilə qarşılaşacaq "Monako" 4 gün sonra Bakıda "Qarabağ"ın qonağı olacaq. Bu komandalar arasında Monakoda baş tutmuş görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.