banner
banner

Dünya

Rusiya təyyarəsindən yeni xəbər - Sağ qalan yoxdur...

Rusiya təyyarəsindən yeni xəbər -

Sinay yarımadasında qəzaya uğramış Rusiyaya məxsus “Airbus-321” təyyarəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Cia.az xəbər verir ki, Flightradar24.com internet-portalının məlumatına görə, 7K 9268 reysi ilə Şarm-əl-Şeyx aeroportundan Pulkovo hava limanına istiqamət götürən təyyarə ümumdünya koordinasiya olunmuş vaxtla 03:51-də havaya qalxıb. Təyyarəsinin transponderi uçuş parametrləri barədə siqnalı dayandırdıqdan əvvəl laynerin sürəti kəskin surətdə azalıb və saatda 748 kilometrdən 172 kilometrə, uçuş hündürlüyü isə 10210 metrdən 8649 metrə enib. Radardan itən zaman təyyarə ölkənin ən qaynar xətti sayılan Şimali Sinay ərazisində yerləşən Nəhl şəhərinin təxminən 60 kilometrliyində - İsraildən 50, Qəzza sektorundan isə 120 kilometr aralıda olub.

Misir ordusu Daxili İşlər Nazirliyi ilə birgə artıq iki ildir ki, həmin ərazidə hərbi əməliyyatlar aparır. Yarımadanın şimalında Fövqəladə Vəziyyət rejimi və komendant saatı elan edilib.

“Koqalımavia” aviakompaniyasına məxsus A321 təyyarəsi ilk uçuşunu 18 il bundan əvvəl – 1997-ci il mayın 9-da həyata keçirib. Əvvəlcə Livanın MEA, Türkiyənin “Onur Air” və Səudiyyə Ərəbistanının “Saudi Arabian Airlines” aviakompaniyaları tərəfindən istismar olunan təyyarə 2012-ci ilin aprel ayında “Koqalımavia” şirkətinin balansına keçib.

Sinay yarımadasında qəzaya uğrayan laynerin bütün heyətinin peşəkar səviyyədə hazırlandığını deyən “Koqalımavia” kompaniyasının nümayəndəsinin sözlərinə görə, təyyarənin komandiri Valeri Nemov və ikinci pilot böyük uçuş təcrübəsinə malik idi.

Təyyarədəki sərnişinlərin hamısının Rusiya vətəndaşı olduğu, “qara qutu”ların tapıldığı bildirilir.

Qəzaya uğrayan təyyarənin göyərtəsində 217 sərnişin və yeddi ekipaj üzvü olub. Misir hökumətindən verilən son məlumata görə, qəzada heç kim sağ qalmayıb.

Xatırladaq ki, Rusiya uçuş təhlükəsizliyi reytinqində dünyada ən pis göstəricisi olan ölkədir. Rusiya aviaşirkətlərinin təyyarələrində baş verən qəzaların sayı dünya üzrə orta göstəricidən üç dəfə çoxdur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.