banner
banner

Gündəm

Həmid Herisçi polisə aparıldı

Həmid Herisçi polisə aparıldı
17 saylı Yasamal Seçki Dairəsindən deputatlığa namizəd İlhamiyyə Rzayevanın vəkili və müşahidəçisi Həmid Herisçi polisə aparılıb. Bu haqda namizədin seçki qərargahından  bildirilib. H.Herisçinin Yasamal Polis İdarəsinin 26-cı bölməsinə aparıldığı deyilir. Qərargahdan bildirildiyinə görə, onun saxlanılmasına səbəb seçki saxtakarlığını aşkar etməsi olub. Belə ki, əlil seçicilərdən birinin səs verməsi üçün evinə səyyar seçki qutusu aparılıb. Bu zaman məlum olub ki, bu seçici səs vermək üçün məntəqə seçki komissiyasına müraciət etməyib. Buna etirazını bildiridiyi üçün H.Herisçi polis nəzarətinə götürülüb. 
Xatırladaq ki, H.Herisçi İ.Rzayevanın həyat yoldaşıdır. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.