banner
banner

Sosİal

Tərtərdə başı yarılan gənc yaddaşını itirib

Tərtərdə başı yarılan gənc yaddaşını itirib
Tərtər rayonunda hərbi xidmətdən qayıdan oğlanın başının yarılaraq yaddaşını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.
ANS PRESS-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, zərərçəkmiş şəxs rayonun Səhlabad kənd sakini 19 yaşlı Asiman Şamilzadə yaralı və huşsuz vəziyyətdə yol kənarından tapılıb. Asimanın atası hadisənin təqribən axşam saat 20 radələrində baş verdiyini deyib. Bildirilir ki, qohumları bir həftə əvvəl hərbi xidmətdən qayıtmış Asiman Şamilzadəni görmək üçün Səhlabad kəndində yaşadıqları evə qonaq gəlib. Yeznəsini yola salmaq üçün evdən çıxan Asimanın yarım saat sonra qayıtmadığını görən ailə təşvişə düşüb. Təqribən bir saat sonra isə ailənin yaşadığı ünvana polislər gəlib. 
 
Osman Şahbəndiyev-Asiman Şamilzadənin atası
 
“Dedi ki, bəs xəstəxanaya bir uşaq aparıblar uşağın başı yarılıb. Yoldan tapıblar tez gedək. Getmişəm ki uşaq qanın içindədi”-deyə Asimanın atası Osman Şahbəndiyev bildirib. 
 
Polislər atasına oğlunun Səhlabad kəndi yaxınlığında huşsuz halda tapıldığını bildirib. Baş nahiyəsindən xəsarət alan Asimana Tərtər MRX-da tibbi yardım göstərilib, yarası tikilib. Daha sonra Bərdəyə gətirilib. Gözünü xəstəxanada açan Asiman Şamilzadə atasına nə baş verdiyini xatırlamadığını deyib. 
 
Asiman Şamilzadə baş nahiyəsində 2 zərbə alıb
 
Bərdə Mərkəzi Rayon Xəstəxanasından da xəsarət alan şəxsdə yaddaş pozuntusu olduğu bildirilib. Ailənin kürəkəni polisə ifadəsində bildirib ki, taksiyə əyləşənə qədər Asimanla bir yerdə olublar. 
 
Hazırda baş vermiş faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma aparılır. 
 
Qapalı kəllə beyin travması alan Asiman başına gələnləri xatırlamır
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.