Avropa Liqasının qrup məhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Monako" qarşılaşmasının biletləri satışa çıxıb.
Biletlər bu gün səhər saat 10:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satışa çıxarılıb. Biletlər nömrəli sektorlar üzrə 1,2,3,5,10 və 20 AZN-dir. VİP 50 AZN-dir.
Qeyd edək ki, "Qarabağ" - "Monako" matçı noyabrın 5-də saat 22:00-da start götürəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.