Yaxın günlərdə əfvin olacağı barədə xəbərlər yayılıb
Hüquq müdafiəçiləri arasında fərqli fikirlər yaranıb, məhbus ailələri isə ümidsizdir
Əfv sərəncamının veriləcəyi barədə xəbərlər yayılıb. Günlər öncədən 1 noyabr seçkilərindən sonra bir sıra siyasi məhbusların azadlığa buraxılacağı deyilirdi. 28 oktyabrda ABŞ Senatında Azərbaycan əleyhinə dinləmələrin keçirilməsi və ölkəmizdəki siyasi məhbuslarla bağlı hakimiyyətə çağırışların edilməsi ümidləri artırır.
Yayılan xəbərlərdə qarşıdan gələn 9 noyabr Dövlət Bayrağı Günündə əfvin veriləcəyi deyilir. Artıq bu günə də sayılı günlər qalıb.
Hüquq müdafiəçiləri arasında bu məsələdə fikir ayrılığı yaranıb. Bir qisim əfv sərəncamının veriləcəyinə inansa da, digərləri bunun əksini düşünür.
Musavat.com-a açıqlamasında İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı ilin sonunda siyasi məhbusların bir qisminin azadlığa buraxılacağına ümid etdiyini bildirdi: “Sual o xəbəri yayanlara yönəlməlidir. Birinci dəfədir ki, müxtəlif beynəlxalq qurumlar Azərbaycanda insan hüquqlarının vəziyyətini müzakirə edirlər? O qədər bu problem müzakirə olunub ki, artıq adiləşib. Əfvi isə ilin axırında gözləyirəm. Sadəcə düşünürəm və arzu edirəm”.
Siyasi məhbus ailələrinin də bu məsələyə mövqelərini aldıq.
REAL Hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova əfv xəbərləri ilə bağlı bunları dedi: “Həmişə belə xəbərlər çıxır. Təki düz olsun. Neçə məhbus azadlığa buraxılsa, bu, müsbət hal olacaq. Amma bu siyahıda kimin adının olacağını deyə bilmərəm”.
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının ailəsi ümidsizdir. Partiya liderinin həyat yoldaşı Həcər Pənahlı yayılan xəbərlərin doğruluğuna inanmadığını qeyd etdi: “Ümidimizi çoxdan itirmişik. Heç bir ümid, gözləntim yoxdur. Nemət həbs olunduğu gündən gəldiyim qənaət odur ki, onu günəgün saxlayacaqlar. Əfv olsa da inanmıram ki, Nemətə aid etsinlər”.
NİDA-çı gənc Rəşad Axundovun həyat yoldaşı Türkan Hüseynova hər əlamətdar tarixdən öncə bu cür xəbərlərin yayıldığını söylədi: “Bu barədə heç bir fikir yürütmək istəmirəm. Əfv ola da bilər, olmaya da... Fikir bildirmək olduqca çətindir. Açığı heç bir gözləntim yoxdur”.
Digər NİDA-çı gənc Ömər Məmmədovun atası Əliyar Məmmədov da ümidsiz danışdı: “Ömərlə görüş günlərində görüşmək imkanımız olur. Bu barədə heç bir fikir bildirmir. Ümumiyyətlə, cəzaçəkmə müəssisəsində əfv söhbətləri getmir”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.