"İlişki durumu karışık" serialında Elif xarakterini canlandıran 25 yaşlı Eda Ece 63 yaşlı sevgilisi, prodüser Necati Akpınarla görüntülənib.
Cütlük dostları ilə yemək yedikdən sonra restoranı tərk edib. Əvvəlcə özündən 38 yaş böyük sevgilisinin avtomobilinə minən aktrisa jurnalistləri gördükdən sonra maşından düşüb və öz avtomobilinə minərək məkanı tərk edib.
Cütlüyü görənlər “Eşqə yaş mane ola bilməz. Eda Ece ilə Necati Akpınar gecə-gündüz birlikdədirlər” şərhini edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.