banner
banner

Sosİal

Qadın siqaret çəkirsə...

Qadın siqaret çəkirsə...
Bu günlərdə media və sosial şəbəkədə gedən müzakirələrdən biri də heç şübhəsiz deputatlığa namizədlərdən birinin kazinoda siqaret çəkərkən yayılan fotoları idi. 16 saylı Yasamal II Seçki Dairəsində mandat uğrunda mübarizə aparan Aytən Mustafayevanın ABŞ-ın Las-Veqas şəhərindəki kazinolardan birində oyun oynadığı, daha sonra isə pivə içib siqaret çəkdiyi zaman qeydə alınan şəkilləri səs-küy doğurdu. 
 
Doğrudur, hadisədən qısa müddət sonra A.Mustafayeva bu fotoları montaj adlandırdı: “Mən Las-Veqasda olmuşam. Amma kazinoda yox, konfransda. Lap kazinoda olsam belə, bunun heç kimə dəxli yoxdur. Mən o şəkli konfrans zamanı dəhlizdə çəkdirmişəm. Onlar isə montaj ediblər. Yayılan fotolar və yazılanlar insanın şəxsi həyatına müdaxilədir. Seçkidən sonra şəxsən bu işlə məşğul olacağam”.
 
Amma bununla bağlı sosial şəbəkədə, eləcə də yazılan məqalələrin altındakı müzakirələrdə də əsas üstünlük A.Mustafayevanın hərəkətinə haqq qazandırmırdı. Xüsusən də onun siqaret çəkməsi tənqid hədəfinə çevrilmişdi. Tənqid edənlərin əsas arqumenti isə heç şübhəsiz, bunun Azərbaycan qadınına yaraşmayan mənzərə olması ilə bağlı idi. Daha bir ilginc məqam isə onun ictimai kimliyi idi. Müzakirələrdə qeyd olunurdu ki, deputatlığa iddialı olan birinin qumar oynaması, eləcə də zərərli vərdişlərə yiyələnməsi xoş hal deyil. Gələcəkdə Milli Məclisdə siqaret əleyhinə olan hansısa qanunun qəbulunda bu şəxsin obyektiv və cəmiyyətə faydalı mövqe nümayiş etdirəcəyi şübhəlidir. 
 
Sosioloji rəy sorğuları isə göstərir ki, Azərbaycanda siqaret çəkən, içki içən, bəzi hallarda isə maşın idarə edən qadınlarla bağlı birmənalı fikir yoxdur. Sonuncularla bağlı büt az-çox qırılıb. Amma bunun da xüsusi səbəbi vardı. Belə ki, hazırda maşın sürən qadınların böyük əksəriyyətini əsasən ailəli, işgüzar xanımlar təşkil edir. Amma ölkədə bu dəbin düşdüyü ilk vaxtlar maşın sürən qadınların kimliyi, geyimi, həyat tərzi o qədər də xoş təəssürat doğurmurdu. Və bu, beyinlərə həkk olunduğu üçün sözügedən stereotip gec dağıldı.
   
Amma kafe-restoranda, yolda siqaret çəkən, əlində pivə butulkası olan qadınlara baxış neqativdir. Xüsusən güclü cinsin nümayəndələri bu cür mənzərəni görəndə həmin qadınlarla bağlı xoş olmayan fikrə düşür, bir çox hallarda ədəbsiz təkliflərdə bulunurlar. Buna görə də Azərbaycanda ictimai yerdə siqaret çəkən qadınlar nisbətən azlıq təşkil edir. İctimai rəyi nəzərə alanların böyük əksəriyyəti bunu ayaqyolunda və ya insanların nisbətən az olduğu yerlərdə, qapalı məkanlarda edirlər. 
 
 
Təbii ki, siqaret çəkən qadınla bunu edən kişi eyni dərəcədə orqanizminə ziyan vurur. Amma qadınların orqanizmi, onların analıq funksiyası kimi məqamlar zərif cinsin nümayəndələri üçün siqareti xüsusən zərərli edir.
 
Siqaretin təkcə tüstüsündə 4 mindən çox zərərli maddə vardır. Siqaret tüstüsü tütün bitkisinin yarpaqlarının tam yanmaması nəticəsində meydana gəlir. Tüstü qaz və dənəcik formasında olur. Tütünün tipi, yanma istiliyi, siqaretin uzunluğu, kağızının xüsusiyyətləri, filtr və tütünə əlavə edilən qatqı maddələri tüstünün qaz və dənəcik formasında olmasına təsir edən faktorlardır.
 
Yanan siqaretin ucundakı istilik 900 selsi dərəcə, ağızdakı istilik isə 30 dərəcəyə bərabərdir. Bu istiliklər səbəbiylə tütün yarpağında olan maddələr dəyişimə uğrayır və yeni kimyəvi maddə yaranır. Bir nəfəs siqaret tüstüsündə 300 milyon dənəcik olduğu müəyyən edilib.
Gündə bir paket siqaret çəkən insanın minlərlə dəfə içə çəkmə hərəkəti etdiyini nəzərə alsaq, orqanizmə daxil olan zərərli kimyəvi maddələrin miqdarını asanlıqla anlamaq olar. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfi qədər asılılıq yarada bilir. Nikotin qanda oksigen daşınmasına mane olan və ölümə yol açan maddədir.
 
Qeyd edək ki, Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. Hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir. ABŞ alimlərinin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən öləcək. Bu 10 milyon insanın 7 milyonu inkişaf etməkdə olan ölkələrdə olacaq.
 
Siqaret eyni zamanda bir qadın problemidir. ABŞ-da 1997-ci ildə 165 min qadın siqaretə bağlı xəstəliklərdən dünyasını dəyişib. 1987-ci ildə ağciyər xərçəngi qadınlardakı xərçəng xəstəlikləri arasında birinci sıraya yüksəlmişdi. 2000-ci ildə 68 min qadın ağciyər xərçəngindən ölüb. Halbuki eyni il 41 min döş xərçəngi ölümü reallaşıb. Həyatları boyunca 100-dən artıq siqaret çəkən qadınlarda 30% döş xərçənginin  yaranması ehtimalı var.
Aparılmış yeni tədqiqatlara əsasən  həyatları boyunca 100-dən artıq siqaret çəkən qadınlarda 30% döş xərçənginin  yaranması ehtimalı var.
 

Tədqiqatlar həmçinin aşkar edib ki, 10 il müddətində günə bir qutu siqaret çəkən  20 və 44 yaş arası olan qadınlarda döş xərçənginin geniş yayılmış formasının yaranması ehtimalı 60%-dir.
 
Kanadanın Albert Universitetinin mütəxəssisləri hesab edirlər ki, hətta nadir halda belə siqaret çəkən qadınlar daha erkən ölür. Onların hesablamalarına əsasən, qadının siqaret çəkməyə davam etdiyi hər 5 ildə ölüm təhlükəsi 8 faiz artmış olur. Alimlər ABŞ-da 1976-cı ildən aparılan 30-55 yaşarası yüz min qadının iştirak etdiyi  böyük milli tədqiqatın nəticələrini təhlil ediblər. Müəyyən edilib ki, hətta gün ərzində 1-14 arası nadirən siqaret çəkən qadınlarda ani ürək dayanması ilə əlaqədar erkən ölüm riski kifayət qədər artıqdır. 
 
Alimlərin də təsdiq etdiyi kimi, ani ürək ölümü qeyri-sağlam həyat tərzinin nəticəsi olan ürək problemlərinin nəticəsi olaraq meydana çıxır. Tədqiqatçılar ani ürək ölümünün qarşısını maksimum ölçüdə almaq üçün mütləq qaydada  dərhal siqaret çəkməyin  tərk edilməli lazım olduğunu bildiriblər. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.