banner
banner

Şou

Hadisə: "Uşaq istəyirəm..." - fotolar

Hadisə: "Uşaq istəyirəm..."

Müğənni Hadisə "All" jurnalına müsahibə verib.
30 yaş üçün əsas isədiyinin uşaq olduğunu deyən ifaçı hər şeydən çox bunu arzuladığını deyib:
"Səmimi deyirəm, uşaq istəyirəm. Ailəmi qurmaq istəyirəm".
Müğənni karyerasındakı planları haqda da danışıb:
"Yeni layihələr məni hər zaman həyəcanlandırır. Daha çox nə edə biləcəyim haqda düşünürəm. Səhnədən uzun müddət uzaq qalanda pis hiss edirəm. Səhnə isə mənim enerji mənbəyimdir",
Müsahibəsində artıq çəkisinə görə üzərinə çox gəlindiyini deyən Hadisə son vaxtlar arıqlamasının sirrini də açıqlayıb:

"Tipik türk qadınıyam. Çox rahat kökəlirəm, çox rahat arıqlayıram. Sağlam qidalandım, idman elədim, arıqladım. Hər qadının bədənində zamanla dəyişiklik olur. Media çəkimə görə çox üzərimə gəlir, amma mən çox rahatam. Həyatta heç kimi geyimi, görünüşü ilə, avtomobili ilə qiymətləndirmədim. Ailəm belə öyrədib..."

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.