İraqın tanınmış siyasətçisi Əhməd Çələbi dünyasını dəyişib. İnfarktdan ölən siyasətçi bu gün dəfn ediləcək.
Qeyd edək ki, bu siyasətçinin səyləri nəticəsində ABŞ ordusu İraqa girdi. O, iddia edirdi ki, İraqın keçmiş prezidenti Səddam Hüseynin əlində nüvə silahı var. Bunu əlində bayraq edən ABŞ öz ordusunu İraqa göndərdi. Səddam Hüseyn edam edildikdən sonra ABŞ və İngiltərədə sürgün həyatı sürən siyasətçi İraqa döndü.
Xatırladaq ki, 2006-cı ildə İraqın keçmiş prezidenti Səddam Hüseyn haqqında edam qərarı çıxarmış hakim Rauf Abdul Rəhman bu ölkədə üsyana qalxmış sünnilər tərəfindən edam edilib Cia.az
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.