Rusiyalı tennis ustası Mariya Şarapova ailə qurmaq istəyini bildirib.
ANS PRESS-in məlumatına görə, Rusiyada nəşr olunan "Maxim" kişi jurnalının seçdiyi ölkənin ən seksual 100 qadını arasında 4-cü yerdə göstərilən məşhur tennisçi Mariya Şarapova “The Phillippine Star” verdiyi müsahibədə gələcək planlarından danışıb.
Rus gözəli artıq ailə qurmaq istədiyini dilə gətirib: “Ümumi olaraq, il mənim üçün çox uğurlu oldu. Amma gələn mövsümdə daha çox hədəf müəyyənləşdirmişəm. Təbii ki, bir ailəmin də olmağını istəyirəm. Bu çox vacibdir. Böyüyənə qədər anamla yaxın olmuşam, onunla yaxşı dostuq. Uşaqlarımla da belə münasibətim olsun istəyirəm.”
Qeyd edək ki, mövsüm nəticələrinə əsasən, Şarapova Qadınlar üzrə Tennis Assosasiyası (WTA) reytinqində ikinci yerdə qərarlaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.