Aktrisa Ülviyyə Əliyeva xeyriyyə tədbiri keçirəcək. Cia.az-a açıqlama verən “Keyxanım” xərçəngdən əziyyət çəkən körpələri sevindirəcəyini bildirib: “Bu günə kimi bir çox xeyriyyə tədbiri keçirmişəm. Amma heç vaxt onla özümü reklam etməmişəm. Bunu indiyənə kimi gizlətmişəm. İndi qərara gəldim ki, tədbirlərimlə bağlı açıqlama verəcəm. Başqalarına da örnək olsun. Bu dəfə xərçəngdən əziyyət çəkən uşaqları sevindirəcəm. İlk tədbir noyabrın 10-da Milli Onkologiya Mərkəzində baş tutacaq. Elə uşaqlar var ki, onların günü xəstəxanada keçir. Onları bir az da olsa sevindirmək istəyirəm. İkinci tədbir isə noyabrın 11-də Kukla Teatrında olacaq".
Ü.Əliyeva mediada yayılan keçmiş nişanlısı ilə barışıq xəbərlərinə də münasibət bildirib:
“Bundan sonra şəxsi həyatımla bağlı heç bir açıqlama verməyəcəm. O, xəbəri yazanları isə məhkəməyə şikayət edəcəm. Məndən soruşmadan, özlərindən xəbər yazıblar. Bunu nə təsdiq, nə də inkar edirəm. Mənim yaradıcılığım, aktrisalıq fəaliyyətim var. İnsanlar bunlarla bağlı xəbərlər oxusun. Şəxsi həyatını işi-gücü olmayan gündəmə gətirsin. Mənimsə buna ehtiyacım yoxdur”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.