Tuba: "Hələ də başa düşə bilmirəm ki..." - fotolar
Rejissor Ferzan Özpetek Napolidə səhnəyə opera qoyub. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, açılışa aktrisa Tuba Büyüküstün də qatılıb. Özpeteyin martda çəkilişlərə başlayacaq filmində baş rolu öhdəsinə götürən Büyüküstün opera gecəsinin möhtəşəm olduğunu deyib. O, həftəsonu Vatikanda beynəlxalq "Giuseppe Sciacca" mükafatlandırma tədbirinə qatılacaq. Aktrisa Vatikanın ona niyə mükafat verəcəyini hələ də başa düşmədiyini etiraf edib:
"Vatikanda mükafat almaq çox qürurvericidir. Amma məni haradan tanıyırlar, niyə mənə mükafat verirlər? Bunları hələ də başa düşə bilmirəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.