banner
banner

Sosİal

Su məsələsi “su içimi” qədər asan deyil...

Su məsələsi “su içimi” qədər asan deyil...

Azərbaycanda su ehtiyatları və mənbələri yenidən qiymətləndiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət  Heyəti Aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsindən verilən məlumatda deyilir ki, artıq bununla bağlı tədqiqatlara başlanıb.

“Azərsu” ASC, AMEA-nın Coğrafiya, Geologiya və Geofizika institutları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC də ölkənin su problem ilə bağlı tədqiqatlara başlayıb. Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən isə ehtiyatların yenidən qiymətləndirilməsi aparılır.

Qeyd edək ki, BMT 2012-ci ildən planetin su qıtlığı ilə üzləşəcəyi barədə ciddi xəbərdarlıq edib. Təşkilatın hesabatında qeyd olunur ki, yaxın gələcəkdə baş verəcək iqlim dəyişmələri planetin su ehtiyatlarına böyük təsir göstərəcək. Bunun nəticəsində bir sıra ölkələrdə əhalinin içməli su ilə təchiz edilməsində ciddi problemlər yaranacaq. Ərzağa artmaqda olan tələbat, sürətli urbanizasiya və anomal iqlim prosesləri dünyanın su təchizatı sisteminin həddən artıq yüklənməsinə gətirib çıxarıb.

BMT dünyanın şəhər əhalisinin 2050-ci ilədək iki dəfə artaraq 6,3 milyard nəfərə çatacağını xatırlatmaqla dünyada çirkab sularının 80 faizindən çoxunun kollektorlara daxil olmadığını və təmizlənmədiyini də bildirmişdi.

Hazırda 800 milyon nəfər içməli sudan istifadə edə bilmir, 1 milyard insan isə həftədə sadəcə olaraq bir neçə saat sudan istifadə edə bilir. İldə 3,6 milyon insan içməli su çatışmazlığı problemindən dünyasını dəyişir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.