banner
banner

Gündəm

Rusiya sirki Qarabağa gedir - Azərbaycandan etiraz

Rusiya sirki Qarabağa gedir -

Sankt-Peterburqun "İmperial" şapito-sirki Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda qastrola hazırlaşır.

Bu səfərlə bağlı olaraq Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu şəhərin administrasiyasına etiraz məktubu göndərib.

Azərbaycanın adıçəkilən nümayəndələri Sankt-Peterburqda Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mədəniyyəti üzrə Komitəsinin nümayəndəliyi ilə görüşməyi planlaşdırır.

Sankt-Peterburqun "İmperial" şapito-sirki 1877-ci ilin dekabr ayında yaransa da, 2005-ci ildən özəl müəssisə kimi fəaliyyət göstərir və Böyük Sankt-Peterburq dövlət sirki tərkibindəki şapito-sirkinə daxil deyil.

"Bundan başqa, "İmperial" şapito-sirki tarixi "şapito" brendini qanunsuz şəkildə mənimsədiyinə görə Böyük Sankt-Peterburq dövlət şapito-sirki tərəfindən məhkəməyə verilib", - deyə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan bildiriblər.

Peterburqlu sirk ustalarının erməni işğalı altında olan Azərbaycan torpaqlarına - Dağlıq Qarabağa noyabrın 6-15 arası qanunsuz qastrol səfərinə hazırlaşırlar.

Sirk proqramında akrobatlar, eləcə də təlim görmüş heyvanların iştirakı ilə proqraam nümayiş ediləcək.

Sirk rəhbəri Adel Roman əslində, vəziyyətdən xəbərdar olduğunu qeyd edib: "Bilirəm ki, Rusiya, Ukrayna və Qazaxıstandan Qarabağa bir neçə məşhur insanlar səfər edib. Həmçinin, bilirəm ki, oranı tərk edənlər sonra da Azərbaycan ərazisinə də buraxılmır. Rusiyada yaşayan sirk artistləri bu qanuna hörmətlə yanaşırlar. Amma hesab edirəm ki, siyasətlə mədəniyyəti qarışdırmaq düzgün deyil", - deyə rəhbər bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.