Beyaz TV-də yayımlanan "Hayatta her şey var" proqramında gözlənilməz anlar baş verib. Nur Viralın aparıcılıq etdiyi proqramda canlı yayıma telefonla bağlanan bir qadın həyat yoldaşının ona xəyanət etdiyini deyir. Məsləhət almaq istəyən qadın ərinin onu tanınmış biri ilə aldatdığını etiraf edib. Ardından həmin adamın aparıcı Nur Viralın özü olduğunu açıqlayınca studiyada gərginlik yaranıb. Həyəcandan özünü itirən aparıcı "Bu zarafatdır?" deyərək israrla qadından kim olduğunu soruşub. Az sonra isə zəngin həqiqətən də zarafat olduğu məlum olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.