banner
banner

Sosİal

Yeni ildə əfv gözlənilir

Yeni ildə əfv gözlənilir

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı parlament seçkilərindən sonra gözlənilən əfv sərəncamı ilə bağlı növbəti açıqlama verib.

O, modern.az-a bildirib ki, işçi qrupu bütün işləri yekunlaşdırıb: “Parlament seçkilərindən sonra İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası nəzərdə tutulub. Həmin iclasda bir sıra məsələlər müzakirə olunacaq.

Prezident yanında Əfv Məsələləri Komissiyası da mütəmadi işləyir. Məlum olduğu kimi, əfvin verilməsi birbaşa prezident İlham Əliyevin səlahiyyətindədir. Düşünürəm ki, 31 dekabra qədər əfvlə bağlı sərəncam imzalanacaq”.

Digər hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da əfvlə bağlı gözləntilərini bölüşüb: “İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu mütəmadi toplaşır, yalnız əfv məsələsi deyil, eyni zamanda ölkədə insan hüquqları ilə bağlı problemlər də müzakirə edilir. Nəticələr barədə müvafiq qurumlara məktublar göndərilir.

Düşünürəm ki, Prezident yanında Əfv Məsələləri Komissiyası da yığışmalıdır. Əfvlə bağlı hələ may ayından müzakirələr aparıb bütün sənədləri həmin komissiyaya təqdim etmişik.

Elə insanlar var ki, onlar özü əfv olunması üçün ərizə yazmasa da, biz xahiş etmişik. Müzakirələr zamanı qərara gəlmişik ki, hər dəfə əfv sərəncamının verilməsi ərəfəsində məhbusların adını çəkməyək. Çünki ailə üzvləri böyük həyəcan keçirir. Bunları nəzərə almaq lazımdır. Biz hər şeyi, yəni bütün mümkün variantları icra etdik. İndi söz prezidentindir”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.