Bakının Nəsimi rayonunda qadınlar arasında mübahisə dava ilə nəticələnib. Hadisə Vidadi küçəsi, 165 ünvanında yerləşən gözəllik salonunda baş verib.
Gözəllik salonuna gələn Anjela adlı qadın orada işləyən Neftçala rayon sakini, 1991-ci il təvəllüdlü Firəngiz İbadulla qızı Məlikova ilə mübahisə edib.
Bu zaman qadınların arasında yaranan mübahisə dava ilə nəticələnib. Dava zamanı Anjela Firəngiz Məlikovanın saçından tutaraq yerdə sürüyüb və daha sonra döyərək ona xəsarət yetirib.
Firəngiz Məlikova hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət edib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.