banner
banner

Sosİal

3 aylıq Həsənə yardım lazımdır

3 aylıq Həsənə yardım lazımdır

Körpə Həsənə əməliyyat olunmadığı təqdirdə bir ay vaxt qoyulub.

3 aylıq körpənin atası Xəqani Abdulov övladının vəziyyətinin getdikcə pisləşdiyini bildirib. Onun sözlərinə görə, ailə günlərlə ağladığı üçün körpəni Sumqayıtda sahə həkiminə aparıb və müayinə zamanı uşağın vəziyyətinin ağır olduğu məlum olub: “Uşağı təcili Bakıya aparmağımızı məsləhət gördülər. Tibb Universitetində Həsənin ciddi ürək problem olduğunu bildirdilər. Ürəyində 2 dəlik var, qulaqcığın biri yoxdur. Sol mədəcik yetərincə yüklənmir. Sol atriumun üstündə xüsusi boşluq var ki, bütün venalar boşluğa açılır. Ürək qanı digər orqanlara vurur və nəticədə orqanizmdə zəhərlənmə yaradır. Bağırsaqlarda sorulma getmədiyi üçün uşaq inkişafdan qalıb. Bu ayın 5-də alman həkimlərə də göstərdik, onlar da vəziyyətin ciddi olduğunu təsdiqlədilər. Uşaq 1 ay içində əməliyyat olunmasa, onu itirəcəyik”.

X. Abdulovun sözləriinə görə, uşaq “Neftçilər” xəstəxanasında 1 ay müddətində əməliyyat olunmalıdır və bunun üçün 7-13 min manat arasında xərc çıxacağı bildirilib. Hazırki şəraitdə ailənin bu məbləği ödəyəcək imkanı yoxdur və körpələrinin həyatda qalması üçün bütün imkanlı şəxslərdən və Heydər Əliyev Fondundan kömək istəyir.

Ailəyə kömək etmək istəyənlər üçün əlaqə nömrəsi: 050 567 33 69

3 aylıq Həsənə yardım lazımdır
3 aylıq Həsənə yardım lazımdır

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.