Tanınmış aktrisa Monika Belluccinin 50 yaşı tamam olur.
“Qafqazinfo”nun məlumatına görə, aktrisa 1964-cü il sentyabrın 30-da Umbriya əyalətinin kiçik Çita-di-Kastello şəhərində anadan olub.
Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı 1992-ci ildə onu moda jurnallarından birində görüb və Monika "Brem Stokerin Drakulası" filmində kiçik rol alıb. "Mənzil" filmi ona aktrisa kimi ilk uğuru qazandırıb.
2001-ci ildə Monikanın iştirakı ilə ekrana 2 film – "Qurd qardaşlığı" və "Malena" çıxıb. O, "Malena"da növbəti dəfə bütün kişilərin arzuladığı qadın obrazını canlandırıb. Monika Belluççi artıq 50-dən çox filmə çəkilib.
1999-cu ildə aktrisa Vensan Kassel ilə ailə qurub. 2004-cü ildə cütlüyün Deva, 2010-cu ildə isə Leoni adlı qızları doğulub.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.