banner
banner

Gündəm

“Vosmoy” bazarının keçmiş sahibi: “MTN-də məndən 5 milyon dollar tələb etdilər...”

“Vosmoy” bazarının keçmiş sahibi:

MTN-də kök salmış və artıq zərərsizləşdirilmiş qruplaşmanın əməllərindən zərər çəkən sahibkarlar başlarına gələnləri danışmağa başlayırlar. Belələrindən biri də Bakının “8-ci km” (xalq arasında “vosmoy” kimi tanınır) bazarının keçmiş sahibi Səfər Cəfərovdur. O, virtualaz.org saytının redaksiyasına müraciət edərək vaxtilə MTN-də başına açılan oyunlardan danışıb.

S.Cəfərovun ailəsi böyükdür, onun səkkiz qardaşı var və qardaşlarından bir neçəsi bazarda onunla birlikdə işləyiblər. MTN-in korrupsiyalaşmış əməkdaşları da bundan istifadə ediblər. 2005-ci ildə, günlərin birində ona naməlum şəxs zəng edib və xəbər verib ki, maskalılar bazarda qardaşlarının başına torba keçirərək naməlum istiqamətdə aparıblar.

S.Cəfərov qardaşlarının başına nə gəldiyini öyrənmək üçün təlaş içində DİN-ə, rəqiblərinə və düşmənlərinə, gümanı kimə gəlirdisə ona zəng edib. Ancaq həqiqət onun gözlədiyindən daha betər idi. Cəfərovun qardaşlarını MTN tutmuşdu. Sanki onlar bazarda alver etmirdilər, hansısa məxfi əməliyyatla məşğul idilər.

Cəfərov qardaşlarını azad etdirmək üçün MTN-ə yollanır, ancaq onun özünü də tuturlar. İndi protokollarda deyildiyi kimi “biznesmenə fiziki təzyiq göstərilir”, əslində isə onu vəhşicəsinə döyüblər və azadlığa çıxa bilməsi üçün 5 milyon dollar tələb ediblər. S.Cəfərov bu qədər pulunun olmadığını deyəndə MTN müstəntiqləri ona sənədləri imzalamağı təklif ediblər. Bu sənədlərə əsasən bazarın bir hissəsi MTN-çilərin olmalıydı. Həmin müstəntiqlərin adları hələlik açıqlanmır, ancaq Cəfərov konkret adlar göstərib. İş adamı görəndə ki, müqavimət mənasızdır və ölümə bərabərdir, bazarın ərazisindəki “Maral Veqa” adlı böyük obyektini MTN-çilərə verməli olub.

Virtualaz.org dəqiqləşdirib ki, keçmiş nazir Eldar Mahmudovun müavinin yaxın qohumu bu gün də vaxtilə S.Cəfərovdan quldurluq yolu ilə alınmış “Maral Veqa”nın sahibi kreslosunda oturur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.