Emma canlı efirə gəlmədi: "Zəng edib ağlaya-ağlaya deyir ki..."
Müğənni Emma Ələkbərzadə ötən gün “5/5” verilişinin canlı efirinə qatılmayıb. Buna səbəb ifaçının anasının səhhətinin qəfil pisləşməsi olub. Bu haqda aparıcı Zaur Kaml xəbər verib: “Emma xanım qonağımız olacaqdı. Prodüserimizə zəng edib, ağlaya-ağlaya deyib ki, "Anamın vəziyyəti pisdir. Mərkəzi kliniki xəstəxanaya aparmışıq”. Allah şəfasını versin. Bu əziz gündə gərək belə bir hal yaşamayaydı”. Qeyd edək ki, ötən gün E.Ələkbərzadənin ad günü idi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.