banner
banner

Dünya

Abdullah Öcalanın qardaşı oğlu intihar etdi

Abdullah Öcalanın qardaşı oğlu intihar etdi

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın qardaşı oğlu intihar edib.

Abdullah Öcalanın Avstriyanın paytaxtı Vyanada yaşayan qardaşı oğlunun anbarda meyidi tapılıb. İntihar etdiyi iddia edilən 36 yaşlı Hüseynin cənazəsi dəfn edilmək üçün Türkiyəyə göndərilib.

Qeyd edək ki, Hüseyin İldırım 8 ay öncə itkin düşüb. Ondan heç bir xəbər ala bilməyən ailəsi Hüseynin tapılması üçün təhlükəsizlik güclərinə müraciət edib. Amma bu müddət ərzində onun tapılması mümkün olmayıb.

Bir neçə gün əvvəl İldırım ailəsinin yaşadığı bölgə yaxınlığındakı bir anbarda pis qoxu gəldiyi üçün axtarış aparılarkən Hüseynin meyidi tapılıb.

Araşdırma zamanı onun iplə intihar etməsi müəyyənləşib. Daha sonra onun cəsədi ailəsinə təhvil verilib.

Hüseyn İldırım anadan olduğu bölgədə dəfn olunacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.