banner
banner

Gündəm

Nazir beyin axınından danışdı

Nazir beyin axınından danışdı

“Onlayn beyin axınının qarşısının alınması istiqamətində Azərbaycanda önəmli addımlar atılır”.

Cia.az Trend-ə istinadən xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın 70 illik yubiley mərasimində “Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı” mövzusunda çıxışı zamanı deyib. Nazir bildirib ki, bu gün ölkə başçısının həyata keçirdiyi siyasətin bir istiqaməti də intellektual insan resurslarının məşğulluğa cəlb olunmasıdır: “Bu, yeni bir formada həyata keçirilir. Cənab Prezident çıxışında qeyd etdiyi kimi, texnoparkların, güzəştli iqtisadi zonaların yaradılması, həm daxili, həm də xarici investorların sənaye potensialının gücləndirilməsinə yönələn investisiyalar bu siyasətin əsasını təşkil edir. Bu yanaşma, həmçinin investisiyaları genişləndirmək üçün yeni maliyyə resurslarının artırılması məqsədi daşıyır. Bu ümumi dövlət investisiyasından başqa, müxtəlif fondlar vasitəsilə innovativ texnoloji inkişaf üçün stimullaşdırma siyasəti yolu ilə reallaşdırılır”.

Onun sözlərinə görə, intellektual mülkiyyətin qorunması, startapların yaradılması və bu istiqamətdə aparılan işlər buna əyani sübutdur: “Burada vacib məsələ formalaşan beyin axınını Azərbaycanda saxlamaqdır. Əsasən, bu gün beyin axınının yeni bir formasının - onlayn beyin axınının qarşısını almaqdır. Yəni internet üzərindən beyin axını. Artıq bir çox ölkələrdə təhlillər göstərir ki, hər bir mütəxəssis internet üzərindən digər ölkələrə öz əməyini daşıyır. Biliyi, ümumiyyətlə, satın almaq olar, burada patentlərin, ixtiraların və məqalələrin alınmasını nəzərdə tuturam. Amma bilik, intellekt daşıyıcısı olan insanı qorumaq ən vacib şərtdir ki, bu istiqamətdə də önəmli addımlar atılır”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.