İranlı qız "Ən cazibədar model" anketində - FOTOLAR
İranın dünya şöhrətli modeli Mahlagha Caberi “One Time” jurnalı tərəfindən “Ən gözəl və cazibədar model” anketi üçün namizəd göstərilib. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, bir ay davam edəcək sorğuda artıq minlərlə insan Caberiyə səs verib. Qeyd edək ki, Mahlaghanın İnstaqram şəbəkəsində 1 milyon 300 min nəfərdən çox izləyicisi var. 1989-cu il təvəllüdlü olan model “Kainat gözəli” tituluna da layiq görülüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.