APA-nın məlumatına görə, hadisə rayonun Göytəpə şəhərinin Sahil küçəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə yerləşən ikimərtəbəli, 16 mənzilli yaşayış binasının dayaqlarından biri uçduğundan bina çöküb. Nəticədə yaşayış binası qəzalı vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə dərhal aidiyyəti qurumların nümayəndələri cəlb edilib. Mütəxəssislər binaya baxış keçirərək onun yaşayış üçün təhlükəli olduğunu müəyyənləşdiriblər.
Bundan sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının müdaxiləsi ilə binada yaşayan 16 ailə təxliyyə olunub. Təxliyyə edilən ailələr rayondakı peşə liseyinin həyətində quraşdırılmış müvəqqəti çadırlarda yerləşdirilib. Yaxın günlərdə isə həmin ailələrin liseyin yataqxanasına köçürülməsi nəzərdə tutulub. Bununla bağlı rayon fövqəladə hallar komissiyası tərəfindən lazımi tədbirlər həyata keçirilir.
Qeyd edək ki, qəzalı vəziyyətə düşən yaşayış binası ötən əsrin əvvəllərində inşa olunub və uzun müddətdən bəri təmir edilməyib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.