Aktrisa Belçim Bilgin “Kördüyüm” serialındakı tərəf müqabili İbrahim Çelikkolla məkanların birindən çıxarkən kameralara tuş gəlib. Rejissor Yılmaz Ərdoğanla ailəli olan aktrisa İbrahimlə təsadüfən qarşılaşdığını deyib: “Qabaqcadan danışmamışdıq. Sadəcə, gözəl bir təsadüf oldu”. Belçim həyat yoldaşının son zamanlar niyə yanında görünməməsi sualına isə belə cavab verib: “Film çəkilişi ilə əlaqədar İstanbulda deyil. Yəqin, 20 günə çəkilişləri bitirib qayıdar”. Qeyd edək ki, İbrahim Çelikkol aktrisa Sinem Kobalın keçmiş sevgilisidir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.