banner
banner

Gündəm

Eldar Mahmudovun yeznəsi AzTV-dən çıxarıldı

Eldar Mahmudovun yeznəsi AzTV-dən çıxarıldı

AzTV-nin Musiqi verilişləri departamentinin rəhbəri Nadir Axundov tutduğu vəzifədən azad edilib.

Cia.az xəbər verir ki, bu haqda AFN.az informasiya yayıb. Xəbərdə bildirilir ki, N.Axundovun vəzifədən azad edilməsi “MTN işi” ilə bağlıdır. Belə ki, o, bir müddət əvvəl ciddi nöqsanlarla vəzifəsindən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın qohumdur: “Nadir Axundov Eldar Mahmudovun yeznəsidir. Daha dəqiqi, onun bibisi qızı ilə ailəlidir”.

“Qafqazinfo” məsələ ilə bağlı AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova ilə əlaqə saxlayıb. X. Qasımova bildirib ki, N. Axundovun işdən azad edilməsi ilə bağlı onda məlumat yoxdur. Həmçinin qeyd edib ki, Nadir Axundov Musiqi verilişləri departamentinin rəhbəri deyil: “O, “Mədəniyyət” telekanalının direktor müavinidir”.

Eldar Mahmudovun yeznəsi AzTV-dən çıxarıldı

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.