İşbazlar tərəfindən aldadıldığını iddia edən Şəfəq Əliyevanın ittiham etdiyi İlqar Abdullayev məsələyə münasibət bildirib.
İ.Abdullayev bildirib ki, Ş.Əliyevadan pulu faizə (sələmə) götürüb: “Mən 2012-ci ildə Şəfəq Əliyevadan hissə-hissə pul almağa başladım. İş quracaqdım, sonda o məni bu duruma saldı. Mən ondan faizə 250 min dollar pul götürdüm. Sonra 2013-cü ilin dekabrından 2014-cü ilin sentyabrına kimi faiz olaraq ona 142 min dollar ödədim. Bu faiz olduğu üçün əsas borcdan silinmədi. Mən ona hər ay ümumi pulun 10 faizi məbləğində sələm verirdim. Mən notariusda 320 min dollar borcum olduğunu qeyd etdim. Nəsimi rayon məhkəmsində bağlanan barışıq sazişindən sonra hər ay pulumu ödəyirəm. Razılığa görə dekabra kimi ayda 1000 dollar, dekabrdan sonra isə ayda 3 min dollar pul ödəməliyəm. Sentyabr və oktyabrda bu pulu ödəmişəm. Mən heç yer qaçmıram ki, burdayam, müqaviləyə uyğun da pulumu qaytaracağam”.
İlqar Abdullayev deyib ki, Ş.Əliyevanın “Bandotdel” haqda dedikləri böhtandır: “Bizi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə apardılar, orada istintaq şöbəsinin müstəntiqi Ramin Məmmədov hər ikimizi dinlədi. Mən müstəntiqə bu işlə bağlı barışıq sazişinin olduğunu dedim və qərarın surətini ona təqdim etdim. Bunda sonra məsələnin mülki xarakterli olduğunu Şəfəq Əliyeavaya bildirdilər, məni də sərbəst buraxdılar. Onun dediyi 50 min dollar söhbəti tamamilə yalandır və müstəəntiqlə, ümumilikdə İdarəyə atılmış böhtandan başqa bir şey deyil”.
Şəfəq Əliyeva “Qafqazinfo”ya müraciət edərək bildirib ki, İlqar Abdullayev ondan dələduzluq yolu ilə aldığı 357 min dolları qaytarmayıb.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.