Röyadan sərt açıqlama - “Məni necə ucuzlaşdıra bilərlər?
Müğənni Röya Ayxan verilişlərdən gileylənib.
Cia.az-ın məlumatına görə, “Star life” verilişinə açıqlamasında müğənni bildirib ki, toy mahnılarının proqramlarda səsləndirilməsindən narahatdır:
“Sənədləşdirilmiş halda mən Türkiyənin müğənnisiyəm. Bakı ilə əlaqəm yoxdu. Mahnının baxış sayından biz heç nə qazanmırıq. “Sənə görə”, “Səninəm” mahnılarından nələr qazanardım, toya getməzdim, səhər durub işə gedirəm, evimi, maşınımı “zaloq” qoyuram ki, konsert edim. Mənim işimi görən sponsor yoxdur. Kökündən hər şey düzəlməlidir ki, gələcək müğənnilər qabağa gedə bilsin. Kanallar mənim hücumuma hazır olsun, nə vaxtsa məni tənqid ediblər, indi sözümü deyə bilərəm. Allah hamının bəxtini versin, o məndə bəxt var. Türkiyə xalqınını qəlbini fəth etmək üçün birici sənət adamlarını ələ keçirməlisən, media nümayəndələri ilə dost olmalısan. Verilişlər toyxana açıb, keçən gün bir verilişə çağırılmışam, toy mahnısı ilə studiyaya çağrıldım. Onları öldürürdüm, mən o qədər işlər görəndən sonra məni necə ucuzlaşdıra bilərlər?”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.