"Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Baş Prokurorluqda dindirilməsi barədə məlumatlar həqiqəti əks etdirmir".
Bunu APA-ya açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov deyib. O bildirib ki, belə məlumatlar böhtan xarakteri daşıyır və bilərəkdən yayılır:
"Belə məlumatlar bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən imkan verilməyən şəxslər tərəfindən qəsdən saytlara ötürülür. Bu cür şayiələr yaymaq Əmlak Məsələləri Dövlət Komitəsinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinə və nüfuzuna xələl gətirmək məqsədi və sabotaj xarakteri daşıyır".
Q.Xəlilov xatırladıb ki, komitə fəaliyyətində açıqlığı, şəffaflığı və ictimai məlumatlandırmanın təmin olunmasını “KİV haqqında” qanuna uyğun olaraq özünün rəsmi internet səhifəsi, mətbu orqanları və digər media vasitələrində məlumatları yaymaqla həyata keçirir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.