banner
banner

Sağlamlıq

Arıqlamaq üçün yumurta yeyin

Arıqlamaq üçün yumurta yeyin

Bir ara yumurtanı "ağır qida", "pis" xolesterinin mənbəyi kimi qələmə verirdilər.

Bu səbəbdən insanlar yumurtanı daha az yeməyə çalışırdılar.

İngiltərə alimləri yumurtanı "təmizə çıxartmaq" üçün xüsusi araşdırmalar apardılar. Araşdırmada 2 qrup insanlar iştirak edirdi. Hər iki qrupun üzvləri eyni qaydada qıdalanırdı. Lakin 1-ci qrup hər gün 2 yumurta yeyirdi, 2-ci qrup isə yemirdi.

3 aydan sonra elmi təcrübədə iştirak edən insanların qanında xolesterinin səviyyəsini yoxladılar. Məlum oldu ki, hər gün 2 yumurta yeyən insanların qanında xolesterinin səviyyəsi qalxmadı və yumurta yeməyən insanların xolesterindən fərqlənmir. Bundan əlavə yumurta yeyən qrupun üzvləri çəki atdılar.

Beləliklə, yumurtanın gündəlik qəbulu qanda xolesterinin səviyyəsini artırmır. Təbii ki, yumurtanı yağda qızardılmış şəkildə yox, suda bişirilmiş şəkildə yemək daha yaxşıdır. Həmçinin yumurta bərk yox, ilıq olmalıdır - bu halda yumurta orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Çiy yumurtanı isə ümumillikdə qəbul etmək tövsiyə olunmur. Çiy zülal orqanizm tərəfindən daha pis mənimsənilir və həmçinin çiy yumurta qəbul edən insanın orqanizminə çox təhlükəli mikroblar düşə bilər.

Yumurta arıqlamağa kömək edir - yumurta insanı daha uzun müddət ərzində tox saxlayır.

Maraqlıdır ki, yumurta yeqanə tam mənimsənilən (97-98% kimi) məhsul sayılır. Yumurta zülalın mənbəyidir. Zülal əzələlərin, sümüklərin, damarların tərkibinə daxildir.

Bəzi xəstəliklər zamanı yumurtanın qəbulu məhdudlaşdırılır. Bu qara ciyər, öd kisəsi xəstəliklərinə, şəkərli diabet xəstəliyinə aiddir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.