"O səs Türkiyə"də daha bir azərbaycanlı çıxış edib.
Axşam.az-ın məlumatına görə, Səmra Rəhimli adlı iştirakçı pop-ulduz Tina Törnerin "Simply the best" mahnısının ifasıyla müğənni Hadisə və Mazhar Alanson-Özkan cütlüyünü döndərə bilib.
Səmra aparıcı Acunun istəyi ilə Aşkın Nur Yenginin repertuarından "Yalançı bahar" mahnısını da oxuyub. Həmyerlimiz sonda Hadisəni seçərək yarışmaya onun komandasında davam etmək şansı qazanıb.
Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.