Noyabrın 14-də yoxlama oyunu çərçivəsində AZAL-la qarşılaşan “Kəpəz” bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Komanda Azərbaycan Premyer Liqasının XIII turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır. “Sarı-göylər”in bu günkü məşqi “Dalğa Arena”da baş tutub. Hazırlıq planına əsasən “Kəpəz” noyabrın 17, 18 və 19-da məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Ağdam klubu ilə oyunöncəsi sonuncu hazırlıq prosesi isə matçın keçiriləcəyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.