16 noyabr 2015-ci il tarixində saat 16.00 radələrində Azərbaycan Respublikasının qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator – “Delta-Telekom” MMM Data Mərkəzinin əsas kabellərinin birində tüstülənmə baş verib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verdiyi məlumata görə, hadisəyə dərhal reaksiya verilərək qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidməti də cəlb edilib. Hadisə zamanı açıq yanğın halları baş verməyib, kabellərin əriməsi nəticəsində yaranan tüstü avadanlıqlarda qismən nasazlıq yaradıb. Bununla əlaqədar sistemin ümumi işi dayandırılıb və nəticədə ölkədə internet əlaqəsində kəsinti yaranıb.
Hadisə zamanı ölkəmizin tranzit marşrutu üzrə fəaliyyətdə heç bir dayanma baş verməyib və normal xidmət göstərilməsi təmin olunub. Həmçinin digər operatorların alternativ kanalları üzrə ölkədə internet əlaqəsi mövcud olub və bu imkanlardan rabitənin təşkili üçün istifadə edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, aidiyyəti digər dövlət orqanlarının nümayəndələri hadisə yerində olub.
Hadisə yerində tüstülənmənin baş verməsi və onun təxirəsalınmaz işlərinin dərhal başlamasına maneələrin yaratması səbəbindən internet əlaqəsinin bərpası vaxt tələb edib, gərgin və fədakar əmək nəticəsində saat 21.00 radələrində internet əlaqəsi bərpa olunub.
Hazırda ölkədə internet əlaqəsi bərpa edilib və bank sektorunda, dövlət təşkilatlarında və digər sahələrdə internet vasitəsilə göstərilən xidmətlərin fəaliyyəti, o cümlədən fərdi istifadəçilər tərəfindən istifadə təmin edilib.
Hadisənin fəsadların aradan qaldırılması üzrə tamamlama işləri davam edir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.