Noyabrın 18-i səhər saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinin rayonlarına qar yağır.
Cia.az xəbər verir ki, Quba Regional Hidrometeorologiya Müəssisəsindən Azərtac-a bildiriblər ki, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Maraqlısı odur ki, qar həmişəkindən fərqli olaraq dağlıq yaşayış məntəqələrində deyil, dağətəyi ərazilərdə yağmağa başlayıb. Hazırda Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar yağıb. Amma dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə yerləşən Xınalıq kəndində nəinki qar, ümumiyyətlə, yağıntı müşahidə olunmur.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, noyabrın 17-si axşam saatlarından başlayaraq şimal bölgəsində temperaturun aşağı düşməsi müşahidə edilir. Müəssisənin mütəxəssislərinin sözlərinə görə, bu cür hava şəraiti noyabr ayında şimal bölgəsi üçün xarakterikdir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.