“Eurovision 2012” təmsilçimiz Səbinə Babayevanın dünən ad günü olub.
Axşam.az-ın məlumatına görə, həyat yoldaşı, rejissor Cavidan Şərifov sənətçini təbrik edib. O, ifaçıya üzük bağışlayıb.
Hədiyyəsinin fotosunu sosial şəbəkədə paylaşan S.Babayeva təəssüratlarını bölüşüb: “Ad günlərimi çox sevirəm. Uşaqlıqdan bu yana dekabrın 2-si mənim üçün ən sevimli və özəl gün olub. Bu gözəl hədiyyə üçün həyat yoldaşıma təşəkkür edirəm. Onun dəyəri önəmli deyil. Əsas odur ki, sevgi ilə alınıb, ürəkdən gəlir. Mən çox xoşbəxtəm və hamını sevirəm”.
Qeyd edək ki, Səbinə Babayevanın bir müddət əvvəl boşanma xəbəri yayılmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.