banner
banner

Sosİal

İnternetsiz günlər... qəzetlərin yeri göründü...

İnternetsiz günlər...
İki gün öncə ölkə ərazisində internetlə bağlı yaranan problem bir reallığı üzə çıxardı. Daha çox medianı və onun oxucularını maraqlandıran bu məsələ ondan ibarət idi ki, internetsiz mühit çap mediasını bu sınaqdan üzüağ çıxardı. Oxucuya internetsiz də çatmanın verdiyi üstünlüklə xeyli tiraj əldə edən qəzetlər bu günlərdə özlərini yarışın qalibi kimi hiss etdilər.
Bəs redaktorlar bu məsələ ilə bağlı nə düşünürlər? Bu internetsizlik mühiti media adına hansı nəticəni ortaya qoydu? 
 
“Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan hesab edir ki, son illər Azərbaycanda çap mətbuatının öz dövrünü başa vurması ilə bağlı diletant fikrilər yayılır. Müsahibimiz bunun belə olmadığını, kimləsə mübahisə etmək fikrindən uzaq olduğunu dedi: “Unutmayaq ki, bu, bir ənənədir. Mətbuatın bir ənənəsi var. Nə televiziya, nə radio, nə də digər texnoloji nailiyyətlər bu ənənəni aradan qaldıra bildi. Artıq bir çox Qərb ölkələrində də çap mətbuatının qalması, o ənənənin davam etməsi, insanların Qərb cəmiyyətinin hələ də qəzet oxuması bizim bu fikrimizi xeyli möhkəmləndirir. Azərbaycanda da kifayət qədər qəzet oxuyan, xəbəri, yazını, köşəni məhz print mediadan oxumaq istəyən təbəqə var. Sadəcə olaraq, qəzetə ulaşmaq, onu əldə etmək ənənəsi zədələnib. Heç kim qəzet oxumaqdan imtina etmir. Yayıma yaradılan süni əngəllər, ənənəvi yayım şirkətlərinin sıradan çıxarılması, poçtalyon sisteminin olmaması, metrolarda qəzet satışına əngəllərin yaradılması, əyalətlərə qəzetlərin pinti şəkildə çatdırılması oxucunu küsdürdü. Artıq insanlar üçün qəzet almaq əlçatan deyil”. 
A.Ayxan hesab edir ki, elektron medianın, sosial şəbəkənin inkişafı da çap mediasına təsir göstərib. Amma o, bu təsirin də birbaşa çap mediasını aradan qaldırmadığını vurğuladı: “Son internet böhranı da çap mediası erasının bitmədiyini üzə çıxardı. Sübut olundu ki, Azərbaycanca bir neçə gün internet olmasa, qəzetlər insanları, əhalini informasiya ilə təmin edəcəklər. Bu baxımdan qəzetlərin sıradan çıxmasını doğru hesab etmirəm. Bəlkə 1-2 ay internet olmayacaq? Onda insanlar informasiyasız qalmalıdılar?” 
 
Müsahibimiz hesab edir ki, həm çap, həm elektron medianın inkişaf etməsi bu baxımdan arzuediləndir:“Yaxşı olardı ki, hər ikisi olsun - həm elektron, həm də çap mediası. Bu ənənə də yaşasın və yenisini formalaşdırmaqda davam etsin”. 
Qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərud isə bu iddialarla razı olmadığını bildirdi. Dedi ki, yaranan problemlə müqayisə olunan məsələ arasında yerlə göy qədər fərq var. Müsahibimizin sözlərinə görə, bu gün internet deyəndə təkcə sosial şəbəkə və saytlar nəzərdə tutulmur: “Bu gün Azərbaycanın dövlət və özəl sektorunda bütün idarə, müəssisələrində işlərin hamısı internetləşdirilib, bu elektron sistemlə həyata keçirilir. Tutaq ki,  bu gün banklar internetlə işləyir. İnternetin kəsilməsi bütün bank sistemini o gün çökdürdü. Ona görə də, o gün yaranan problemi təkcə saytlar adına problem kimi qiymətləndirmək doğru deyil. Yəni internetsiz həyat yoxdur”.

Müsahibimiz hesab edir ki, internetlə bağlı problem çap mediasının daha etibarlı olması qənaətini yaratmır. Baş redaktorun fikrincə, internet olmasa, heç çap mediası da nəşr oluna bilməz: “Çünki qəzetlər harada yığılır, harada səhifələnir? Kompüterdə. İnternet vasitəsilə şəkillər kəsilir, toplanır. Bütövlükdə götürəndə isə çap mediası son 10 ildə itirilib və heç vaxt bərpa olunmayacaq. Azərbaycanda bu gün ayaqda olan iki qəzet var ki, ortabab səviyyədə çıxır. Yerdə qalanların üstündən KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu əlini çəksin, sabah bağlanacaqlar. Qabaqlar qəzetlərə kolbasa və ya hansısa ərzaq büküb məişətdə istifadə edirdilər. Bu gün heç buna da ehtiyac yoxdur. Məsələn, siz sonuncu dəfə qəzetə bükülü nəyisə nə zaman görübsünüz?"  
Lent.az saytının redaktoru Qabil Abbasoğlu isə bu məsələdə tamam fərqli düşünür. Onun sözlərinə görə, internet sahəsində baş verən nasazlıq nəticəsində çap mediasının daha etibarlı olması fikri ilə qismən razılaşmaq mümkündür: “Məsələn, adi elektrik təminatı kəsiləndə print media da elə həmin çətin duruma düşür. Sadəcə olaraq, elektrik təminatı artıq elə bir səviyyəyə çatıb ki, onun kəsilməsi insanlarda təəccüb yaradır, qeyri-adi olay sayılır. Kimsə düşünmür ki, bu, uzun müddət davam edə bilər. Yəni güvənli bir sistem qurulub. Vəzifə nədir? İnternet təminatını da bax bu səviyyəyə çatdırmaq”. 

Müsahibimizin sözlərinə görə, ev və ofislərdə işıq, su nə deməkdirsə, internet də o anlamda və o səviyyədə olmalıdır: “Bundan sonra ya internet kəsilməsi, ya işıq, ya da su kəsilməsi... sıradan kommunal həyat problemi kimi qarşılanacaq. Və internet media ilə print medianın dediyiniz ”fərqi" aradan qalxacaq". 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.