Barbadoslu müğənni Rihannanın da bənzəri tapılıb. 22 yaşlı tələbə Andel Lara ifaçının oxşarıdır. “Hara getsəm, məni Rihanna deyə çağırırlar” söyləyən tələbə qız gələcəkdə bu oxşarlıqdan karyerası üçün istifadə etmək niyyətində olduğunu da bildirib: “Bilirəm ki, Rihannanın oxşarı olmaq üstünlüyümdən istifadə edə bilərəm. Ona bənzədiyimin fərqinə özüm varmırdım. Rəfiqələrim söylədi ki, çox oxşarıq. İnsanların mənimlə şəkil çəkdirmək istəyini yerə salmıram. Ancaq bunun mənfi cəhətləri də az deyil. Gecə klublarına gedərkən üzərimdə böyük diqqət hiss edirəm. Bu səbəbdən, rəfiqlərim mənimlə bir yerdə getmək istəmirlər. Mağazalarda belə Rihanna olduğumu sanıb, mənə aldığım əşyaları havayı vermək istəyirlər”.
Qeyd edək ki, daha əvvəl Hollivud ulduzu Leonardo DiKaprio ilə müğənni Mayli Sayrusun oxşarı tapılmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.